Azərbaycan, Bakı, 6 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Tamara Sinyavskayanı "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərinə görə Tamara İlyiniçna Sinyavskaya "Dostluq" ordeni ilə təltif edilsin.