...

Oqtay Əsədov İran Parlamentinin sədri ilə görüşəcək

Siyasət Materials 3 Avqust 2013 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust / Trend /

Milli Məclisin sədri Oqtay Əsədov bazar günü İran Parlamentinin sədri Əli Laricani ilə görüşəcək.

Trend İranın İSNA xəbər agentliyinə istinadən xəbər verir ki, Azərbaycan və İran parlamentlərinin sədrlərinin görüşü avqustun 4-də İranın yeni Prezidenti Həsən Ruhaninin andiçmə mərasimindən sonra baş tutacaq.

Görüşdə ikitərəfli münasibətlər, regional məsələlər, parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İranın yeni Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edəcək.

Nümayəndə heyətinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti