...

“Ərəb ölkələri ilə Azərbaycan və Orta Asiya dövlətləri arasında əməkdaşlıq və iqtisadiyyat” adlı I forum keçiriləcək

Siyasət Materials 28 Noyabr 2013 12:02 (UTC +04:00)
"Ərəb ölkələri ilə Azərbaycan Respublikası və Orta Asiya dövlətləri arasında əməkdaşlıq və iqtisadiyyat" adlı birinci forum dekabrın 2-3-də Ər-Riyad şəhərində Ərəb Dövlətləri Liqasının və Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə keçiriləcək.
“Ərəb ölkələri ilə Azərbaycan və Orta Asiya dövlətləri arasında əməkdaşlıq və iqtisadiyyat” adlı I forum keçiriləcək

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir S.Əhmədova/

"Ərəb ölkələri ilə Azərbaycan Respublikası və Orta Asiya dövlətləri arasında əməkdaşlıq və iqtisadiyyat" adlı birinci forum dekabrın 2-3-də Ər-Riyad şəhərində Ərəb Dövlətləri Liqasının və Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə keçiriləcək.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, forumda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.

Azərbaycan nümayəndə heyətinin tərkibinə iqtisadiyyat və sənaye, eləcə də energetika nazirliklərinin nümayəndələri də daxildir.

Forum çərçivəsində Ərəb Dövlətləri Liqasının üzv dövlətlərinin, Azərbaycanın və Orta Asiya ölkələrinin maliyyə, ticarət və investisiya qurumlarının nümayəndələrinin iştirakı ilə iclasın keçirilməsi də nəzərdə tutulub.

Forumun yekun sənədi olaraq Ərəb Dövlətləri Liqası, Azərbaycan Respublikası və Orta Asiya ölkələri tərəfindən əməkdaşlığa dair Anlaşma memorandumunun imzalanması və "Ər-Riyad Bəyannaməsi"nin qəbul edilməsi gözlənilir.

Səudiyyə Ərəbistanına səfər çərçivəsində nazir müavini Mahmud Məmmədquliyevin Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı, İslam İnkişaf Bankı və digər regional maliyyə və iqtisadi qurumlarda da görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti