...

Novruz Məmmədov: Tbilisidə üçtərəfli görüş-sammit çox yüksək səviyyədə keçdi

Siyasət Materials 6 May 2014 16:37 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Abdullah Gül və Georgi Marqvelaşvilinin iştirakı ilə keçirilən üçtərəfli sammitə münasibətini bildirib.
Novruz Məmmədov: Tbilisidə üçtərəfli görüş-sammit çox yüksək səviyyədə keçdi

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Abdullah Gül və Georgi Marqvelaşvilinin iştirakı ilə keçirilən üçtərəfli sammitə münasibətini bildirib.

Trend-in məlumatına görə, N.Məmmədov öz "Twitter" səhifəsində yazıb: "Tbilisidə üçtərəfli görüş-sammit çox yüksək səviyyədə keçdi. Olduqca səmimi şəraitdə faydalı fikir mübadiləsi aparıldı".

Şöbə müdiri qeyd edib ki, sammitdə üç ölkə arasında əməkdaşlığın indiki səviyyəsi və gələcək perspektivləri ətrafında söhbət aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti