...

Nazarbayev prezidentliyə namizəd kimi qeydiyyatdan keçib

Siyasət Materials 15 Mart 2015 15:29 (UTC +04:00)
Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərində prezidentliyə namizəd kimi Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevi qeydiyyatdan keçirib.
Nazarbayev prezidentliyə namizəd kimi qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 15 mart /Trend/

Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərində prezidentliyə namizəd kimi Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevi qeydiyyatdan keçirib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

MSK-nın məlumatına görə, Nazarbayevin namizədliyinin dəstəyi üçün ölkənin bütün 16 rayoları təmsil olunan seçicilərin 560 000 523 etibarlı imzası toplanıb.

Qeyd edək ki, N. Nazarbayev 1991-ci ildən Qazaxıstan prezidenti vəzifəsini tutur. Qazaxıstanda növbədənkənar prezident seçkiləri aprelin 26-a təyin olunub.

Xəbər lenti

Xəbər lenti