...

ATƏT Parlament Assambleyasının illik sessiyasının vaxtı məlum oldu

Siyasət Materials 29 Mart 2015 16:34 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının illik sessiyasının keçirilmə tarixi açıqlandı.
ATƏT Parlament Assambleyasının illik sessiyasının vaxtı məlum oldu

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir Anaxanım Hidayətova/

ATƏT Parlament Assambleyasının illik sessiyasının keçirilmə tarixi açıqlandı. Bu barədə Trend ATƏT PA-nın saytına istinadən məlumat verir.

İyulun 5-9-da Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək 24-cü sessiyada təşkilata üzv olan ölkələrin əməkdaşlığının siyasi, iqtisadi və digər aspektləri müzakirə olunacaq.

Müzakirələrin əsas mövzusu 1975-ci ildə imzalanmış Helsinki Yekun Aktı olacaq. Sessiya yubiley olacaq, belə ki, bu il həmin sənədin imzalanmasından 40 il ötür.

Sessiyanın yekununda ATƏT və təşkilatın üzv ölkələri üçün siyasi, iqtisadi, ətraf mühit və insan hüquqları sahəsində bir sıra tövsiyələrin yer aldığı Helsinki Bəyannaməsi qəbul olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti