...

Roma Papası Bakıda dini ayin keçirib (FOTO)

Siyasət Materials 2 Oktyabr 2016 11:07 (UTC +04:00)
Roma Papası Fransisk Azərbaycanda rəsmi səfəri çərçivəsində Bakıda Katolik kilsəsində dini ayinlər icra edilib.
Roma Papası Bakıda dini ayin keçirib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Roma Papası Fransisk Azərbaycanda rəsmi səfəri çərçivəsində Bakıda Katolik kilsəsində dini ayinlər icra edilib.

Trend-in məlumatına görə, dini ayin icra edildikdən sonra Roma Papası müraciət edib və müqəddəs "İncil" kitabından sitatlar gətirib.

Roma Papası insanlara imanlarını artırmağa çağırış edib. O qeyd edib: "İman bizi rəbbimizə bağlayan qızıl bir ip olmalıdır, iman hıyatımıza bərabər olan bir hədiyyədir".

Roma Papası müqəddəs Məryəmin sözlərinə əsaslanaraq Bakıda mesajını çatdırıb. O deyib: “İmanın bəhrəsi sevgidir, sevginin bəhrəsi ibadətdir, ibadətin bəhrəsi sülhdür”.

Onun sözlərinə görə, iman və ibadət bir-birindən ayrı tutula bilməz, əksinə onlar öz aralarında sıx bağlıdır: "Mən sizə yaxşı tanış olan bir misal çəkmək istərdim: Bu, gözəl bir xalçadır. Sizin xalçalar əsl sənət əsərləridir və onların çox qədim tarixi var. Siz yaxşı bilirsiniz ki, hər xalça arğac və ərişdən toxunmuş parçadır. Yalnız bu struktur ilə xalça möhkəm və ahəngdar olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti