...

Siyavuş Novruzov: "İndi də “halal hotel” reklam edirlər - hotel kolbasadır ki?”

Siyasət Materials 2 May 2017 13:48 (UTC +04:00)
“Azərbaycana gələn turistlərə viza verərkən diqqətli olmaq lazımdır”.
Siyavuş Novruzov: "İndi də “halal hotel” reklam edirlər - hotel kolbasadır ki?”

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycana gələn turistlərə viza verərkən diqqətli olmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə "Turizm haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, turist adı ilə kimə gəldi viza verilməsi düzgün deyil: "Bu gün dünyada nələr baş verdiyini hamımız görürük".

S.Novruzov deyib ki, turist adı ilə 5-10 nəfər gəlib birlikdə mənzil kirayələyib qalırlar: "Ancaq orada nə niyyətlə, necə qaldıqlarını heç kim bilmir. Evi kirayəyə verən heç onların pasportlarının surətini də tələb etmir".

S. Novruzov həmçinin bildirib ki, ölkədə yeni bir qəribə hal yaranıb: "İndi də "halal hotel" reklam edirlər. Belə çıxır ki, digərləri haramdır? Bir vaxtlar kolbasanı halal adı ilə reklam edirdilər. Hotel kolbasadır ki?"

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycana gələn turistlər ilə bağlı təhlükəsizlik baxımından narahatlığa əsas yoxdur: "Turistlər gələrkən Dövlət Sərhəd Xidmətində, Miqrasiya Xidmətində qeydə alınırlar. Amma təbii ki, ayıq-sayıq olmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti