...

Ankarada Beynəlxalq Xocalı Simpoziumu keçiriləcək

Siyasət Materials 13 Fevral 2018 09:45 (UTC +04:00)
Ankarada Xocalı faciəsinin 26-ci ildönümünə həsr olunmuş beynəlxalq Xocalı simpoziumu keçiriləcək.
Ankarada Beynəlxalq Xocalı Simpoziumu keçiriləcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankarada Xocalı faciəsinin 26-ci ildönümünə həsr olunmuş Beynəlxalq Xocalı Simpoziumu keçiriləcək. Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Beynəlxalq simpozium, 26-27 fevral tarixlərində Yıldırım Beyazıt universitetində keçiriləcək.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti