...

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirib

Siyasət Materials 29 Mart 2018 14:24 (UTC +04:00)
Martın 29-da Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirilib.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirib

Bakı. Samir Əli - Trend:

Martın 29-da Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov 1918-ci ilin martında erməni daşnaklarının və bolşevik qüvvələrinin Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımı həyata keçirdiklərini bildirib.

Tədbirdə digər çıxış edənlər bildiriblər ki, erməni şovinistlərinin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi qanlı qırğınlar içərisində 31 mart soyqırımı amansızlığına və miqyasına görə xüsusilə seçilir. 1918-ci ilin martında Bakı quberniyasında və digər bölgələrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində minlərlə günahsız insan öldürülüb, minlərlə insan elindən-obasından didərgin düşüb. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və digər ətraf rayonlar illərdir ki, Ermənistanın işğalı altındadır və dünya birliyi bunu görməzlikdən gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti