Bakı. Ləman Zeynalova - Trend:
Rusiya Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirir.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.
Diplomat bildirib ki, bu il strateji tərəfdaşlığın möhkəmləndiyi müşahidə olundu: "Əməkdaşlığın bütün sahələrində fəallaşma var".
2019-cu ildə əməkdaşlığın prioritetlərindən danışan M.Boçarnikov qeyd edib ki, bu, 2018-ci ildə razılıq əldə olunmuş sahələr üzrə əməkdaşlığın davam olacaq:
"Bu il biz bir sıra sahələr üzrə, hər şeydən əvvəl ticari-iqtisadi münasibətlərin inkişafı haqqında razılığa gəldik".
M.Boçarnikov deyib ki, 2019-cu il ticari əməkdaşlığın inkişafı baxımından zəngin olacaq: "Tərəflər gələn il humanitar əməkdaşlığı genişləndirməyi də planlaşdırırlar".