...

Ekspert: Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu kimi müəssisələrin yenidən qurulması kənd təsərrüfatında səmərəliliyin artmasına səbəb olacaq

Siyasət Materials 25 Yanvar 2019 09:16 (UTC +04:00)
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı Azərbaycanda kənd təsərrüfatı sahəsində səmərəliliyin artmasına səbəb olacaq
Ekspert: Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu kimi müəssisələrin yenidən qurulması kənd təsərrüfatında səmərəliliyin artmasına səbəb olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı Azərbaycanda kənd təsərrüfatı sahəsində səmərəliliyin artmasına səbəb olacaq. Bunu Trend-ə kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib.

Ekspert qeyd edib ki, ölkədə toxuma ciddi ehtiyac var: “Azərbaycanda ümumilikdə hər il 80 min tona yaxın toxum istehsal olunur, amma real tələbat 130 min tondan yuxarıdır. Bu o deməkdir ki, hər il yerdə qalan tələbatın ödənilməsi üçün xaricdən toxum gətirilməsinə milyonlarla vəsait sərf olunurdu. Bu baxımdan bu müəssisələrin yenidən qurulması çox müsbət haldır. Çünki ölkədə toxum ehtiyatının yaradılmasına ciddi ehtiyac var idi”.

N.Nəsirli vurğulayıb ki, məhsuldarlıq da, gəlirlilik də toxumdan başlayır: “Kiçik təsərrüfatlar daha çox bazarlarda satılan təsadüfi toxumlara müraciət edir, toxumları kiminsə tövsiyəsi ilə alır və təsərrüfatlarda real səmərə əldə edə bilmirdilər. Amma yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu toxumların mövcud potensialını müəyyən edəcək, toxumlar tövsiyələr əsasında satılacaq və fermer də məhsula qoyduğu maya dəyərini, səmərəsini hesablaya biləcək”.

O əlavə edib ki, bu müəssisələrin yenidən qurulması çox vacib addımdır və gələcəkdə kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalmasına, səmərəliliyin isə artmasına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti