...

Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını Bakıda izləyəcək

Siyasət Materials 16 Dekabr 2019 09:48 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2020-nin final mərhələsinin A qrupundakı oyunlarını Bakıda izləyəcək
Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını Bakıda izləyəcək

Bakı. Trend:

Türkiyə Prezidenti “AVRO-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcək.

Trend-in məlumatına görə, bu barədə R.T.Ərdoğan yerli televiziya və radiolara müsahibə verərkən deyib: “Bu oyunlarla əlaqədar İlham Əliyev qardaşımla da danışdıq. O, bu matçları birlikdə seyr etməyimiz üçün məni Bakıya dəvət edib. İnşallah oraya gedəcəyik, iki matçı oradan izləyəcəyik. Əminəm ki, bu dəfə Türkiyə də qrupdan çıxacaq”.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin qrup oyunları gələn il iyun ayının 12-də start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti