...

Atəşkəsə nəzarət mərkəzinin ayrı-ayrı yerlərdə şöbələri olacaq - Türkiyə XİN rəhbəri

Siyasət Materials 12 Noyabr 2020 11:03 (UTC +04:00)
Atəşkəsə nəzarət mərkəzinin ayrı-ayrı yerlərdə şöbələri olacaq - Türkiyə XİN rəhbəri

Bakı. Elçin Mehdiyev - Trend:

Atəşkəsə nəzarət üzrə monitorinq mərkəzi Azərbaycan tərəfindən bizə təqdim ediləcək ərazidə yerləşdiriləcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib ki, mərkəzin ayrı-ayrı yerlərdə şöbələri olacaq: “Mərkəzin və şöbələrin hansı ərazilərdə yerləşməsini ev sahibi deyəcək:

"Əlbəttə biz mərkəzin və şöbələrin hansı ərazilərdə yerləşməsinin faydalı ola biləcəyi ilə bağlı tövsiyələr verəcəyik, bu məsələ birgə müzakirə ediləcək, lakin son qərar Azərbaycanın razılığı ilə veriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti