...

İtaliyanın yeni hökumətinə Mario Dragi rəhbərlik edəcək

Siyasət Materials 13 Fevral 2021 07:21 (UTC +04:00)
İtaliyanın yeni hökumətinə Mario Dragi rəhbərlik edəcək

Bakı. Trend:

Avropa Mərkəzi Bankının keçmiş başçısı Mario Dragi İtaliyanın yeni hökumətinə rəhbərlik edəcək.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə prezident sarayının mətbuat xidməti M.Draginin dövlət başçısı Sercio Mattarella ilə görüşündən sonra xəbər verib.

Bildirilir ki, xarici işlər naziri Luici Di Mayo, daxili işlər naziri - Luçano Lamorceze, səhiyyə naziri - Roberto Speranza, mədəniyyət naziri - Dario Françeskini, müdafiə naziri isə Lorenso Querini olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti