...

Rüstəm Muradov Bakıdan bir erməninin cəsədini təhvil alaraq aparıb

Siyasət Materials 17 Noyabr 2021 23:04 (UTC +04:00)
Rüstəm Muradov Bakıdan bir erməninin cəsədini təhvil alaraq  aparıb

Bakı. Samir Əli - Trend:

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov bu gün Bakıya gəlib.

Bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib. O bildirib ki, R. Muradov erməni təxribatçı əsirlərinin verilməsi üçün Bakıya gəlib. Danışıqlar nəticəsində Rüstəm Muradov bir erməni hərbçisinin cəsədini təhvil alaraq Yerevana qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti