...

Si Cinpin: Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Siyasət Materials 15 Sentyabr 2022 20:20 (UTC +04:00)
Si Cinpin: Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı. Trend:

Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır.

Trend xəbər verir ki, bunu Özbəkistanın Səmərqənd şəhərində Prezident İlham Əliyevlə keçirilən görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib.

Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdıran Si Cinpin bildirib: “Azərbaycan ilə Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir. Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti