...

Meksika Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktını pisləyib

Siyasət Materials 27 Yanvar 2023 17:57 (UTC +04:00)
Meksika Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktını pisləyib
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Meksikanın Bakıdakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinin terror aktı nəticəsində həlak olan əməkdaşının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə Meksikanın Azərbaycandakı səfirliyinin "Facebook" hesabında deyilir.

"Səfirlik Azərbaycanın İrandakı səfirliyinin bu gün səhər səfirliyə olunan hücum nəticəsində həlak olmuş əməkdaşının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir", - paylaşımda deyilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda terror aktının istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti