...

Cenevrədə Azərbaycanın SPECA-ya sədrliyi müddətində görüləcək işlər müzakirə edilib (FOTO)

Siyasət Materials 17 Aprel 2023 23:12 (UTC +04:00)
Cenevrədə Azərbaycanın SPECA-ya sədrliyi müddətində görüləcək işlər müzakirə edilib (FOTO)

Bakı. Trend:

Cenevrədə Azərbaycanın 2023-cü ildə BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramına (SPECA) sədrliyi müddətində görüləcək işlər müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə paylaşım edib.

"SPECA-nın iştirakçı dövlətlərinin nazirlər görüşündə Azərbaycanın sədrliyi müddətində görüləcək işlər, üzv ölkələr arasında əməkdaşlığın təşviqi, milli iqtisadiyyatların səmərəliliyini artırmaq üçün inteqrasiyanın dəstəklənməsi və perspektiv layihələr barədə danışdıq", - paylaşımda qeyd olunur.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti