...

Paşinyanın müavini Toivo Klaar ilə Arazdəyən-Horadiz dəmir yolunu müzakirə etdi

Siyasət Materials 6 İyun 2023 14:38 (UTC +04:00)
Paşinyanın müavini Toivo Klaar ilə Arazdəyən-Horadiz dəmir yolunu müzakirə etdi

Bakı. Trend:

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası və bu hissədə hərəkətin təşkilini müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 3 iyunda Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı hər 3 ölkənin Baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun növbəti iclası konstruktiv şəraitdə keçib. Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili istiqamətində konkret addımların atılması ilə bağlı ümumi anlaşma əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti