...

ABŞ Azərbaycana daha 5 minaaxtaran it göndərib (FOTO)

Siyasət Materials 30 Avqust 2023 14:33 (UTC +04:00)
ABŞ Azərbaycana daha 5 minaaxtaran it göndərib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) daha 5 minaaxtaran iti Azərbaycana göndərib.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi öz "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.

"Bu yeni çatdırılma xüsusi əhəmiyyət kəsb edir, çünki o, MLI-nin minalardan zərər çəkmiş ölkələrə bağışladığı 300-cü it itidir, onlardan 81-i Azərbaycana göndərilib. Burada kritik işlərinə başlayacaq olan , Boka, Bianka, Flex, Lex, Stela və Tiger Pride II-ni salamlayırıq!", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, daha öncə də ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) 5 minaaxtaran iti Azərbaycana göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti