...

Avropa parlamentariləri öz şəxsi maraqlarını beynəlxalq hüquq və qanunlardan üstün tuturlar - Sevil Mikayılova

Siyasət Materials 6 Oktyabr 2023 12:46 (UTC +04:00)
Avropa parlamentariləri öz şəxsi maraqlarını beynəlxalq hüquq və qanunlardan üstün tuturlar - Sevil Mikayılova
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentində Azərbaycana qarşı çevrilmiş ənənəsinə sadiq qalaraq oktyabrın 5-də rəsmi qətnamə qəbul edib. Bu dəfə Avropalı parlamentarilər daha irəli gedərək hökümətlərdən Azərbaycana qarşı sanksiyaların həyata keçirilməsini istəyiblər.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Erməni lobbisinin dirijorluğu ilə qəbul olunmuş qətnamə Avropa Parlamanentinin də mövcud reallıqlardan nə qədər uzaq olduğunu göstərir.

"Bu qətnamə ilə Avropa Parlamenti növbəti dəfə erməni lobbisinin əlində oyuncağa çevrildiyini bəyan edir. Qərəzli və uydurma qətnamənin təşəbbüskarları korrupsiyaya qurşanmış, ermənipərəst Avropa parlamentariləridir. Erməni lobbisi tərəfindən çirkli pullar hesabına maliyyələşən Avropa parlamentariləri öz şəxsi maraqlarını beynəlxalq hüquq və qanunlardan üstün tuturlar.

Ermənistanın Azərbaycan ərazi bütövlüyünü rəsmi tanıdıqdan sonra tərəflər sülh müqaviləsinin imzalanması istiqamətində irəliləməkdədir. Bu prosesi pozmaq, öz məkirli siyasətlərinə nə yolla olur-olsun nail olmaq üçün bütün mümkün çirkin yollara əl atan Avropa Parlamenti erməni aləti ilə Azərbaycana təzyiq etmək yolunu tutub", - deyə S.Mikayılova əlavə edib.

Onun sözlərinə görə, Avropa Parlamentinin bu qətnaməsi əslində Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində Avropa İttifaqının vasitəçilik cəhdlərinə və ümumiyyətlə, həmin missiyaya vurulan ən ağır zərbələrdən biridir:

"Avropa dəyərlərinin aşınmasını bariz şəkildə göstərən Avropa Parlamenti təssüf ki, çoxluqda siyasi dairələrin lobbi fəaliyyətini həyata keçirən orqana çevrilib. Artıq demokratiya, bərabərhüquqlar, ədalət kimi prinsiplər Avropa Parlamentinin gündəliyini tərk etməkdədir.

Yeva Kalinin timsalında baş vermiş korrupsiya qalmaqalları, Azərbaycana qarşı dialoq əvəzinə siyasi təxribatlar, parlament daxili çirkli siyasi manevrlər yer almaqdadır. Belə bir şəraitdə qəbul edilmiş anti -Azərbaycan sənəd boş söz yığınından ibarət kağız parçasıdır.

Eyni zamanda, bu kağız parçasının Avropanın özünə qarşı yönəlmiş addım olduğunu bu siyasi avantüraya getməyən avropalı həmkarlarımız da aydın dərk edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən, güclü, sağlam insan kapitalına malik olan ölkəmiz, məhz bu sağlam qüvvələrin gələcəkdə Avropa məkanında layiqincə təmsil olunmasına ümid edir", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti