...

Heç kim erməniləri Azərbaycanı tərk etməyə məcbur etməyib - Ceyhun Bayramov

Siyasət Materials 30 Noyabr 2023 21:32 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Heç kim erməniləri Azərbaycanı tərk etməyə məcbur etməyib.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclasında deyib.

“Azərbaycan ardıcıl olaraq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları ilə bərabər hüquqlu olaraq qalmağa və inteqrasiya etməyə çağırıb”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan hökuməti Qarabağın yerli sakinlərinin humanitar və sosial-iqtisadi ehtiyaclarını ödəmək üçün onların gələcək Azərbaycan vətəndaşlığı əsasında inteqrasiyası üçün kompleks plan elan edərək səy göstərib ki, bu da sırf Azərbaycanın daxili işidir.

Xəbər lenti

Xəbər lenti