...

Bakı qlobal miqyasda şəhərsalma siyasətinin mərkəzinə çevriləcək - Peter Mixalko

Siyasət Materials 22 Dekabr 2023 16:55 (UTC +04:00)
Bakı qlobal miqyasda şəhərsalma siyasətinin mərkəzinə çevriləcək - Peter Mixalko
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə Bakının 13-cü Ümumdünya Şəhər Forumuna ev sahibliyi etməsi münasibətilə Azərbaycanı təbrik edirik!

Trend xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko "X" sosial media hesabında bildirib.

"Bu gözəl şəhər UN-HABITAT tərəfindən irəli sürülən qlobal miqyasda şəhərsalma siyasətinin mərkəzinə çevriləcək. Uğurlar arzulayıram!", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair sazişin imzalanma mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti