...

Azərbaycanla müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk - Vladimir Putin

Siyasət Materials 8 Fevral 2024 19:33 (UTC +04:00)
Azərbaycanla müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk - Vladimir Putin

Bakı. Trend:

Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyiniz kursa ümumxalq dəstəyini tam təsdiq edir.

Trend xəbər verir ki, bu fikir Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin seçkilərdə qələbə qazanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubundnda yer alıb.

Rusiya Prezidenti məktubunda, həmçinin yazıb: “Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində tərəfdaşlıq qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə fəal birgə işi davam etdirəcəyik. Şübhəsiz ki, bu iş dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin, təhlükəsizliyin gücləndirilməsi istiqamətində gedir”.

Vladimi Putin Prezident İlham Əliyevə dövlət başçısı vəzifəsində məsuliyyətli fəaliyyətində səmimi-qəlbdən uğurlar, möhkəm cansağlığı və əmin-amanlıq arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti