...

Avropa İttifaqının genişlənmə siyasəti iflic vəziyyətdədir - Monteneqronun sabiq prezidenti

Siyasət Materials 16 Mart 2024 09:48 (UTC +04:00)
Avropa İttifaqının genişlənmə siyasəti iflic vəziyyətdədir - Monteneqronun sabiq prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının genişlənmə siyasəti iflic vəziyyətdədir.

Trend xəbər verir ki, bu barədə Monteneqronun sabiq prezidenti Milo Cukanoviç XI Qlobal Bakı Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel iclasında çıxışı zamanı deyib.

“Siyasi müstəvidə problemlər müşahidə olunur. Qərb və Şərq arasında inteqrasiya gündəm məsələdir. Avropa İttifaqı da genişlənmə siyasətini dayandırdı. Bizim qarşımızda indi bir dilemma dayanır.

Avropa İttifaqı qonşuları üçün narahat olmalıdır. Bu onun gələcəyinə xələl gətirə bilər”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti