...

Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa çox yaxındır - Kaya Kallas

Siyasət Materials 16 May 2025 12:17 (UTC +04:00)
Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa çox yaxındır - Kaya Kallas
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tirana. Trend:

Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa çox yaxındır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse prezidenti Kaya Kallas Tiranada jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Mən artıq Azərbaycana baş çəkmişəm və tezliklə Ermənistana gedəcəyəm. Tərəflər sazişi bağlamağa çox yaxındırlar. Onun imzalanması hamının marağındadır və bu, regionda bir münaqişənin azalmasına səbəb olacaq”, - deyə Kallas bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti