...

AŞ PA AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR MƏSƏLSİNİN HƏLL OLUNMASINA VƏ SİYASİ DİALOQUN DAHA DA İNKİŞAF ETDİRİLMƏSİNƏ ÇAĞIRIR

Siyasət Materials 23 İyun 2005 13:20 (UTC +04:00)

 

Avropa Şurası Parlament Assambleyası Azərbaycan iqtidarı və müxalifətini noyabr seçkilərininin ölkənin demokratik inkişafı üçün əhəmiyyətini qəbul edərək, İnsan hüquqlarına hörmət etməyə və zorakılığa yol verməmək haqqında ictimaiyyət qarşısında rəsmi və açıq öhdəlik götürməyə çağırır. Bu barədə Trend agentliyinin yaydığı məlumata əsasən, AŞ PA-nın bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, AŞ PA-nın yay sessiyasında Azərbaycanda demokratik institutların fəaliyyəti barədə məsələnin müzakirəsi zamanı parlamentarilər AR prezidentinin demokratik seçkilərin təmin olunması haqqında sərəncamını, ictimai televiziyanın yaradılmasını, iqtidar-müxalifət dialoqunun aparılmasını müsbət qiymətləndirərək hakimiyyətdən bu istiqamətdə görülən işləri davam etdirməyi tələb ediblər.

AŞ PA, Azərbaycanda siyasi məhbuslara dair 1359 saylı Tövsiyəsinə əsasən, parlamentariləri siyasi məhbuslar və siyasi məhbus hesab oluna biləcək insanlarla bağlı məsələnin tez bir zamanda həll olunması məqsədilə hakimiyyəti Assambleya ilə səmərəli dialoqu davam etdirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti