...

JURNALİST ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ ƏLAQƏDAR BARƏSİNDƏ AXTARIŞ ELAN OLUNMUŞ ŞƏXSLƏRİN QƏTLDƏ İŞTİRAKI TƏSDİQ EDİLİB

Siyasət Materials 11 İyul 2005 17:24 (UTC +04:00)

"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) icraatında olan cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Trend agentliyi xəbər verir ki, bu barədə milli təçhlükəsizlik nazirliyi və Baş prokurorluğun birgə məlumatında deyilir.

"Xüsusi yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən işin bütün halları araşdırılır,bütün irəli sürülən fərziyyələr yoxlanılır, zəruri ekspertizaların təyin olunması üçün intensiv tədbirlər görülür.

Aşkar olunan faktlar və keçirilən ekspertizalar, o cümlədən müvafiq mötəbər xarici qurumların rəyləri istintaq-əməliyyat araşdırmaları üzrə ilkin nəticələrin düzgünlüyünü göstərmiş, əldə olunmuş dəlilləri möhkəmləndirmişdir.

Belə ki, əvvəllər məlumat verildiyi kimi, hadisə yerinə yaxın ərazidə tapılmış toxunma papaqla bağlı məhkəmə-bioloji ekspertizası təyin edilərək müayinə üçün 2005-ci il martın 8-də ABŞ Federal Tədqiqatlar Bürosuna təqdim olunub.Aparılan tədqiqatların nəticələrinə dair 2005-ci il mayın 30-da daxil olmuş ilkin məlumatlara əsasən, papağın üzərində qafqazlı şəxsə məxsus saç tükləri , habelə müxtəlif növ və rəngli tekstil saplar tapılıb.

Həmin gün istintaq qrupu tərəfindən Gürcüstan vətəndaşları Tahir Xubanovun və Teymuraz Əliyevin kirayə yaşadıqları mənzildən aşkar olunmuş yastıq üzlükləri və onların üzərindən müəyyən edilərək götürülmüş liflər də papağın üzərində aşkar edilmiş maddi sübutlarla müqayisəli tədqiqat aparılması üçün Federal Təhqiqatlar Bürosuna verilib"-deyə məlumatda bildirilir.

Bu günlərdə həmin ekspert tədqiqatı ilə bağlı növbəti hesabat istintaqa təqdim olunub.Müəyyən edilib ki, papaqda tapılmış çəhrayı, mavi-qızılı və yaşıl-boz rəngli akril saplar yastıq üzlüklərindən birinin üzərindən tapılmış həmin rəngli sintetik saplarla eyni mikroskopik xarakteristikaya, optik əlamətlərə malikdir və bu saplar bir mərhələdəndir.

Beləliklə, bu cür əhəmiyyətli dəlillər Elmar Hüseynovun qətlinin məhz istintaqla müəyyən edilmiş və barəsində axtarış elan olunmuş şəxslərin iştirakı ilə törədilməsi haqqında istintaqın gəldiyi qənaətin doğruluğunu bir daha sübüt edir.

"Hazırda qətli törədən şəxslərin tutulması və cinayətin bütün iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində lazımi istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir"-deyə MTN və Baş prokurorluğun birgə məlumatında qeyd olunur.

Xəbər lenti

Xəbər lenti