...

QARABAĞ PARTİZANLARINDAN İKİSİ AZADLIĞA ÇIXIB

Siyasət Materials 20 İyul 2005 16:55 (UTC +04:00)

Qarabağ partizanlarından ikisi - Anar Əliyev və İlqar Məmmədov iyulun 20-də azadlığa çıxıblar. Bu barədə Trend ə partizanların hüquqlarını müdafiə komitəsinin üzvü Vüqar Əliyev məlumat verib.

Partizanlardan Anar Əliyev cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən, İlqar Məmmədov isə 17 saylı cəzaçəkmə müəssisəsindən azad ediliblər. Ali Məhkəmənin qərarı həmin müəssisələrə təqdim edilib. A.Əliyev və İ.Məmmədovu valideynləri, müdafiə komitəsinin üzvləri qarşılayıblar.

Qeyd edək ki, iyulun 19-da Ali Məhkəmədə partizanlardan dördünün işinə baxılıb və onların üzərindən Cinayət Məcəlləsinin 279.1-ci maddəsi - dövlətin konstitusion quruluşuna qarşı silahlı dəstək yaratmaq ittihamı götürülüb. Bu maddənin götürülməsindən sonra partizanların cəzaları da azaldılıb və buna görə də iki nəfərin cəza müddəti artıq başa çatıb.

Xəbər lenti

Xəbər lenti