...

AVQUSTUN 21-DƏ AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINNIN SƏDRİ AZƏRBAYCANA GƏLƏCƏK

Siyasət Materials 1 Avqust 2005 12:20 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Rene van der Lindenin Bakıya rəsmi səfəri avqustun 21-ə planlaşdırılıb. Bu barədə Trend ə Avropa Şurasının Bakı informasiya şöbəsində bildirilib.

Üçgünlük səfər zamanı Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə mövzusu olacaq.

Səfər zamanı R.Linder prezident, baş nazir, parlamentin sədri, nazirlər, müxalifət liderləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək. AŞ PA sədri Bakıya Tbilisidən gələcək və avqustun 24-nə kimi burada qalacaq.

Qeyd edək ki, Rene van der Linden Azərbaycana avqustun 18-də Yerevanda danışıqlarla başlayacaq Cənubi Qafqaz dövlətlərinə regional səfəri çərçivəsində gələcək. Avqustun 20-də AŞ PA sədri Ermənistandan Gürcüstana, oradan isə Azərbaycana yola düşəcək.

Xəbər lenti

Xəbər lenti