...

RƏSUL QULİYEVƏ PARLAMENT SEÇKİSİNDƏ İŞTİRAK ÜÇÜN İMZA VƏRƏQƏLƏRİ VERİLİB

Siyasət Materials 15 Avqust 2005 13:48 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevə parlament seçkisində iştirak etməsi ilə bağlı Xətai rayon dairə seçki komissiyasının 36 saylı seçki dairəsindən imza vərəqələri verilib.

Bu barədə Trend ə ADP-nin mətbuat xidmətindən məlumat verilib. Avqustun 15-də dairə seçki komissiyasının iclası keçirilib, Rəsul Quliyevin sənədləri yoxlanılıb. Sənədlərin qaydasında olduğu müəyyən edildikdən sonra ADP-nin nümayəndələrinə Rəsul Quliyevin imza vərəqələri təqdim olunub.

ADP-dən bildirilib ki, avqustun 16-dan R.Quliyevin imzatoplama kampaniyasına başlanılacaq. Kampaniyanın 3 gün ərzində başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti