...

"AZADLIQ" BLOKU İLƏ LALƏ ŞÖVKƏT ARASINDA SAZİŞ BAĞLANMASI GÖZLƏNİLİR

Siyasət Materials 27 Avqust 2005 14:46 (UTC +04:00)

"Azadlıq" bloku ilə Milli Birlik Hərəkatının lideri Lalə Şövkət arasında əməkdaşlığa dair saziş imzalanması gözlənilir. Bu barədə Trend ə "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP-islahatçılar) sədrinin birinci müavini Fuad Mustafayev məlumat verib.

O, bildirib ki, "Azadlıq" bloku parlament seçkisində Lalə Şövkətlə və onun rəhbəri olduğu Milli Birlik Hərəkatı ilə fəaliyyətini birgə koordinasiya edəcək: "Seçkdə hər iki tərəf bir-birinə siyasi dəstək verəcək, fəaliyyətlərini əlaqələndigərək, ortaq ideyalar uğrunda birgə mübarizə aparacaq. Bu əməkdaşlığın konkret olaraq müqavilə ilə rəsmiləşmiəsi də mümkündür. Həmçinin əməkdaşlığın digər formaları da gözdən keçiriləcək"-deyə F.Mustafayev bildirib.

AXCP rəsmisi onu da deyib ki, bu əməkdalıq "Yeni Siyasət" bloku ilə qurulacaq. Onun sözlərinə görə, "Azadlıq" və "Yeni Siyasət" blokları arasında da əməkdaşlığa dair saziş bağlanması mümkündür: "Biz azad, demokratik seçki uğrunda mübarizə aparan bütün siyasi qüvvələrlə əməkdaşlığa hazırılıq. Ona görə də seçki blokları və ayrı-ayrı siyasi qurumlarla müxtəlif formada əməkdaşlıq qurulması, həmçinin sazişlər bağlanması istisna deyil"-deyə F.Mustafayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti