...

Parlament seçkisini izləyəcək 44 xarici jurnalist qeydiyyatdan keçib

Siyasət Materials 17 Oktyabr 2005 18:20 (UTC +04:00)

Noyabrın 6-da Azərbaycanda keçiriləcək parlament seçkisini işıqlandırmaq üçün Mərkəzi Seçki Komissiyasında oktyabrın 17-dək 44 xarici jurnalist akkreditə olunub. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) Müstəqil Mətbuat Mərkəzindən məlumat verilib.

Akkreditə olunmuş kütləvi informasiya vasitələri (KİV) nümayəndələrini 18 nəfəri "Reuters" Agentliyinin (14 nəfər Moskva nümayəndəliyinin,1 nəfər Qafqaz bürosunun əməkdaşları), 6 nəfəri Türkiyənin TRT kanalının, 5 nəfəri MDB-nin "Mir" Dövlətlərarası Teleradio Şirkətinin, 4 nəfər Yaponiyanın "TBS" tele-radio yayım şirkətinin, 3 nəfəri Kanadanın CBS tele-radio yayım şirkətinin, 3 nəfəri "Al-Cazereea" televiziyasının, 2 nəfər Anadolu Agentliyinin, 1 nəfər "İTAR-TASS" Agentliyinin, 1 nəfər Beynəlxalq Fransız Radiosunun (RFİ) əməkdaşlarıdır.

MSK xarici KİV-lərin akkreditasiyasını davam etdirir. Seçki gününə qədər xarici KİV nümayəndələrinin sayı artacaq.

Xəbər lenti

Xəbər lenti