...

Apellyasiya Məhkəməsi Hicat Quliyevin şikayətini təmin etməyib

Siyasət Materials 21 Oktyabr 2005 20:13 (UTC +04:00)

Oktyabrın 21-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri, Acarıstan rəhbərinin sabiq müşaviri, işadamı Hicat Quliyevin apellyasiya şikayətinə baxılıb. Bu barədə Trend ə vəkil Adil İsmayılov məlumat verib.

Hicat Quliyev həmin instansiyaya müraciət edərək Həsimi rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş 15 günlük həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Lakin məhkəmə hesab edib ki, sabiq nazir H.Quliyevin şübhəli şəxs qismində saxlanması ilə əlaqədar çıxarılmış qərar qanunidir. Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvəsində saxlayıb.

Qeyd edək ki, iş adamı Hicat Quliyev oktyabr ayının 19-da polisə müqavimət göstərdiyinə görə saxlanılıb və Həsimi rayon Məhkəməsi onun barəsində 15 günlük həbs qəti imkan tədbiri seçilməsi ilə bağlı qərar çıxarıb.c

Xəbər lenti

Xəbər lenti