...

Müxalifət seçkiləri boykot etmək barədə düşünmür

Siyasət Materials 27 Oktyabr 2005 16:21 (UTC +04:00)

"Yeni Siyasət" seçki bloku seçkiləri boykot etmək haqqında düşünmür". Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov bildirib.

Qeyd edək ki, ötən həftə "Amal" Ziyalı Hərəkatı növbəti parlament seçkilərini baykot etmək məqsədilə Milli Birlik Hərəkatı, "Yeni Siyasət" və "Azadlıq" seçki bloklarına müraciət edib. Bu barədə Trend ə adıçəkilən hərəkatın lideri Xalid Əlimirzəyev bildirib. X.Əlimirzəyev qeyd edib ki, əgər seçkilərin demokratik və şəffaf keçirilməsi tam təmin olunmasa və müxalifət blokları onların müraciətinə müsbət cavab verməsə, özləri seçkiləri boykot edəcəklər.

E.Namazov isə qeyd edib ki, bəzi ünvanlarda icra strukturlarının seçki təbliğatına müdaxilə etməsinə baxmayaraq, namizədlərlə seçicilərin görüşünə şərait yaratmırlar və s. Ancaq seçkilərə on gün qalmış belə bir addımı atmaq heç də müsbət nəticə verməyəcək. Müxalifət seçkilərin demokratik və şəffaf keçirilməsi istiqamətində mübarizə aparmalıdır.

Milli Birlik Hərəkatının mərkəzi seçki qərargahının rəhbəri Elman Məmmədzadə isə onlara belə bir müraciət daxil olmadığını bildirib: "Fikrimcə, müxalifət bir araya gəlib seçkiöncəsi baş verən bu qanunsuzluqları müzakirə etməli və vahid qərar qəbul olunmalıdır. Burada boykot qərarı da istisna olunmur".

"Azadlıq" seçki blokunun səlahiyyətlisi Nurəddin İsmayılov da belə bir müraciətin onlara daxil olmadığını qeyd edib və bildirib ki, seçkiləri boykot etmək barədə hələ düşünmürlər.

Xəbər lenti

Xəbər lenti