...

62-ci "Rouz Rout" seminarında Kosovo ilə bağlı məsələ həllini tapmayıb

Siyasət Materials 31 Oktyabr 2005 11:55 (UTC +04:00)

"NATO Parlament Assambleyasının Romada keçirilən 62-ci "Rouz-Rout" seminarında Kosovonun gələcək statusu ilə bağlı məsələ həllini tapmayıb". Bu barədə Trend ə sözügedən seminarda iştirak edən Azərbaycan Milli Məclisinin təhlükəsizlik və müdafiə daimi komissiyasının sədr müavini Tapdıq Kamalov bildirib.

T.Kamalov qeyd edib ki, seminar iki gün çəkib: "Yalnız oktyabrın 28-də günortadan sonra Kosovo ilə bağlı məsələlər müzakirəyə çıxarılıb. Ancaq bununla bağlı heç bir sənəd qəbul edilməyib. Müzakirələr növbəti seminarlarda davam etdiriləcək".

Millət vəkili onu da bildirib ki, seminarda Ermənistan, Gürcüstan, Rusiya parlamentariləri iştirak etməyiblər. T.Kamalov seminarda onunla birgə Milli Məclisin beynəlxalq şöbəsinin müdir müavini İlqar Fərzəliyevin də iştirak etdiyini deyib: "Bu seminarda Azərbaycanla bağlı heç bir məsələ müzakirə edilməyib".

Qeyd edək ki, seminar oktybarın 29-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti