...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 21 Noyabr 2005 12:31 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Noyabrın 14-18-də Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOIO) neftinin bir barelinin dəyəri $48,50 təşkil edib ki, bu da noyabrın 7-11-dəki orta qiymətdən $1,22 və ya 2,5% azdır.

Trend in məlumatına görə, ötən həftə (14-18 noyabr) URAL neftinin bir barelinin maksimum qiyməti $49,69 (15 noyabr) təşkil edib ki, bu da ondan əvvəlki həftədə (7-11 noyabr) bu növün noyabrın 7-də təyin edilən ən son qiymətindən $1,59 azdır. Ötən həftə URAL neftinin bir barelinin qiyməti $47,49 (18 noyabr) olub ki, bu da bundan əvvəlki həftə ərzində bu növün minimal qiymətindən $0,59 azdır.

Ötən həftə Brent (DTD) etalon növünün orta qiyməti bir barel üçün $53,62 olub ki, bu da noyabrın 7-11-də olan orta qiymətdən $2,60 və 4,7% azdır. Ötən həftə Brent neftinin bir bareli üçün maksimal qiymət $54,28 (15 noyaəbr) olub ki, bu da noyabrın 7-də bu növ üçün təyin edilmiş ən son qiymətdən azdır. Noyabrın 7-11-də Brent neftinin bir barelinin maksimal qiyməti $52,60 (18 noyabr) olub ki, bu da bu növdən olan neft üçün noyabrın 11-də təyin edilən qiymətdən $1,64 azdır.

Ötən həftə URAL (EX-NOIO) neftinin bir bareli orta hesabla Brent -ə nisbətən bir bareli $5,12 ucuz satılıb ki, bu da 7-11 noyabr orta göstəricisindən $1,38 azdır.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Rusiyanın "Transneft" Səhmdar Şirkətinə 2006-cı ilin birinci rübündə Bakı-Novorossiysk boru kəməri ilə 1,2 miln ton neft daşınması barədə sifariş verib. Bu həcmə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nefti də daxildir. 2006-cı ildə ARDNŞ öz neft yataqlarından hasil etdiyi 2,5 miln ton neft ixrac etmək niyyətindədir. Bu həcmdə neftin Bakı-Novorossiysk boru kəməri ilə yanaşı Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə də daşınacxağı istisna edilmir.

Yanvar-oktyabr aylarında ARDNŞ Novorossiysk limanından ötən ilin analoji dövründəki 2, 12 miln tona qarşı 377 miln ton neft vurmaq niyyətindədir. Oktyabrda Novorossiyskdən neftin yüklənməsi bir ay əvvəlki 0,237 min ton və ötən ilin 269,2 min tonuna qarşı 78,64 min ton olub.

2004-cü il ərzində ARDNŞ Novorossiyskdən 2559,1 min ton neft yüklənib ki, bu da 2003-cü ildəkindən 77,1 min ton çoxdur. Bakı-Novaorossiysk boru kəməri ilə bir ton neftin daşınması üzrə tarif $15,67 təşkil edir.

Xəbər lenti

Xəbər lenti