...

"Bizim Azərbaycan" bloku Təhsil Nazirliyinə və Milli Məclisə müraciət ünvanlayıb

Siyasət Materials 18 Yanvar 2006 17:29 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku Təhsil Nazirliyinə və Milli Məclisə orta məktəblərdə dini dərslərin tədrisi ilə bağlı müraciət ünvanlayıb". Bu barədə Trend ə adıçəkilən blokun sədri, İslam-Demokrat Partiyasının lideri Tahir Abbaslı növbəti toplantıda qərara alındığını bildirib.

T.Abbaslı qeyd edib ki, islami dəyərlərin, milli mənəviyyatımızın, adət-ənənələrimizin qorunması, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün parlamentdə müzakirə ediləcək "Təhsil haqqında" qanunda bu məsələ öz əksini tapmalıdır.

Toplantıda ali məktəblərdən xaric edildiyinə görə aclıq aksiyası keçirən müxalifətçi tələbələrə də müraciət ünvanlanıb. T.Abbaslı bildirib ki, dünyanın heç bir demokratik ölkəsində bu üsuldan istifadə edilmir: "İslam dinində isə bu günah sayılır".

Blokun sədri İran-ABŞ-Azərbaycan münasibətlərinin də müzakirə olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan milli maraqları çərçivəsindən çıxış edib bu dövlətlərlə əlaqələrini qoruyub saxlamalıdır.

Xəbər lenti

Xəbər lenti