...

Aramsız yağmış qarın Kürün suyu səviyyəsinin qalxmasına səbəb olub

Siyasət Materials 30 Yanvar 2006 16:48 (UTC +04:00)

Aramsız yağmış qarın son iki gün ərzində əriməyə başlaması ilə müşayət olunan Kürdə suyun səviyyəsinin qalxması nəticəsində, artıq Salyanda həyətlərini və zirzəmilərini qrunt suları basmış evlərin sayı 200-ü keçib. Bu evlərin sakinləri 4-cü ildir ki, bir ilin 3-4 ayını suyun içində yaşamaqdan bezdiklərini bildirir, hökumətdən problemiin birdəfəlik həll olunmasını istəyirlər. Qrunt sularının əhatəsində və zirzəmisi aylarla suyun içərisində qalmaqdan gil-kərpicdən tikilmiş yüzlərlə ev qəza vəziyyətinə düşüb. Rayon fövqaladə hallar komisiyasının gücü isə qrunt sularını həyətlərdən axıtmaq üçün 7 elektrik nasosu qurulmasına çatıb. Bəzən də bu işlərə yanğın söndürən maşınlar da cəlb edilir.

Respublika Fövqaladə Komisiyası son 1 il yarımda Kürdəki daşqınlardan əziyyət çəkənlərə kompensasiyalar ödənilməsini də dayandırıb. Yerli sakinər Kürün deltasında dövlətin xeyli vəsaiti hesabına aparılan gildən təmizləmə işlərinində bir nəticə olmadığını bildirirlər. Qarşıdan isə daşqın mövsümü olan yaz gəlir. Kür çayının mənbəyinin başlandığı Türkiyə qarlarında qarların əriməsi çayın aşağı axınında ciddi daşqınlara səbəb olcağı isə indidən proqnozlaşdırılır. Belə ki, Kür axınının 36%-ni qar suları, 20%-ni yağış suları, 30%-ni yeraltı sular, 14%-ni isə bulaq suları təşkil edir.

Xəbər lenti

Xəbər lenti