...

Azərbaycan neftinin qiyməti: həftənin yekunları

Siyasət Materials 27 Mart 2006 12:03 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: həftənin yekunları

20-24 mart həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $62,86/bar. təşkil edib ki, bu da ötən həftənin orta qiyməti ilə müqayisədə $0,85/bar. azdır.

Trend bildirir ki, 20-24 mart həftəsində AZERI LT neftinin maksimal qiyməti $63,87/bar., minimal qiyməti isə $61,57/bar. təşkil edib.

20-24 mart həftəsində Azərbaycanın Novorossiysk limanında satdığı URAL (EX-NOIO) neftinin orta qiyməti $55,41/bar. təşkil edib ki, bu da ötən həftənin orta qiyməti ilə müqayisədə $1,37/bar. azdır.

Trend bildirir ki, 20-24 mart həftəsində URAL neftinin maksimal qiyməti $56,34/bar., minimal qiyməti isə $54,11/bar. təşkil edib.

Brent (DTD) neftinin 20-24 mart həftəsində orta qiyməti $61,51/bar. təşkil edib ki, bu da ötən həftənin orta qiyməti ilə müqayisədə $0,84/bar. azdır. Ötən həftə Brent neftinin maksimal qiyməti $62,73/bar., minimal qiyməti isə $60,10/bar. təşkil edib.

Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi 0,14%-dir.

URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi 1,3%-dir, amma tərkibindəki keyfiyyətli neftdən asılı olaraq müxtəlif vaxtlarda bu neftin satışında dəyişiklik baş verir. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi 0,36%-dir.

2006-cı ildə ARDNŞ Novorossiysk limanından 2005-ci ildə daşınmış 1,631 mln. tona qarşı 2,011 mln. ton Urals nefti daşımağı planlaşdırır. BTC boru kəmərinin istismara verilməsinədək ARDNŞ Novorossiyskdən ayda 80-85 min ton neft satmaq niyyətindədir. BTC boru kəmərinin buraxılışından sonra "şimal" marşrutu tamamilə ARDNŞ-in sərəncamında olacaq. Mayın sonu-iyunun əvvəlində BTC boru kəmərinin istismara verilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti