...

Fəzail Ağamalı: "Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı bir sıra beynəlxalq təşkilatlarda ikili yanaşma mövcuddur"

Siyasət Materials 1 May 2006 15:16 (UTC +04:00)

Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı bir sıra beynəlxalq təşkilatlarda ikili yanaşma mövcuddur. Trend xəbər verir ki, bu barədə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı "Freedom House" təşkilatının Azərbaycanla bağlı sonuncu hesabatını şərh edərkən bildirib.

Qeyd edək ki, adıçəkilən təşkilatın sonuncu hesabatında Azərbaycanda demokratiyanın olmaması, insan hüquqlarının və mətbuat azadlığının pozulması ilə bağlı məlumatlar göstərilib.

F.Ağamalı qeyd edib ki, Azərbaycanda demokratiyanın inkişafında əldə edilən uğurlar bu təşkilatın hesabatında əks olunmayıb: "Düzdür, hər bir dövlətdə olduğu kimi Azərbaycanda da insan hüquqlarının qorunması istiqamətində problemlər mövcuddur. Ancaq bu istiqamətdə dövlət tərəfindən də lazımi səviyyədə iş aparılır". Partiya sədri onu da vurğulayıb ki, "Freedom House" kimi təşkilatlar Azərbaycanla bağlı hesabatlarını yerli müxalifət və onlara xidmət edən QHT rəhbərlərinin məlumatları əsasında hazırlayırlar.

Partiya sədri onu da bildirib ki, Azərbaycan Cənubi Qafqazda bütün sahələr üzrə liderliyi ələ alıb: "Bu müvəffəqiyyətlərlə kölgə salmaq niyyəti güdən bəzi beynəlxalq təşkilatların məqsədi aydındır. Azərbaycanı dünya dövlətləri arasında nüfuzunu aşağılamaq".

Xəbər lenti

Xəbər lenti