...

Cənubi Qafqaz Parlament Təşəbbüsünün 5-ci plenar iclası öz işinə başlayıb

Siyasət Materials 10 May 2006 12:23 (UTC +04:00)

Berlində Cənubi Qafqaz Parlament Təşəbbüsünün 5-ci plenar iclası mayın 11-da öz işinə başlayıb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

İclasda Milli Məclisin deputatları Səyavuş Novruzov, Asim Mollazadə, Mirkazım Kazımov, Ərəstun Cavadov, Fuad Muradov və Zahid Oruc iştirak edir.

Tədbirdə Cənubi Qafqazda ümumi vəziyyət, region ölkələrinin Avropa strukturları ilə əməkdaşlığı, münaqişələrin qarşısının alınması və digər məsələlər müzakirə ediləcək.

Tədbir çərçivəsində "Qloballaşma və onun Cənubi Qafqaza təsiri" mövzusunda konfrans da keçiriləcək. Konfransda qloballaşmanın regionun siyasi, iqtisadi, ictimai həyatına və ətraf mühitinə təsiri barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 11-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti