...

31 saylı Suraxanı II seçki dairəsində deputatlığa namizədlərin birinin nümayəndəsi möhürlənmiş bülletenləri aparıb

Siyasət Materials 13 May 2006 19:46 (UTC +04:00)

Milli Məclisə mayın 13-də 31 saylı Suraxanı II seçki dairəsində keçirilən təkrar seçkilərdə saat 19.00-a olan məlumata görə, 10393 seçici səs verib. Bu barədə Trend ə sözügedən seçki dairəsinin sədri İmran İsgəndərov bildirib.

Qeyd edək ki, sözügedən seçki dairəsində 28 seçki məntəqəsi üzrə 38254 seçici qeydə alınıb.

Komissiya sədri onu da bildirib ki, ciddi qanun pozuntusu qeydə alınmayıb. İ.İsgəndərov xırda qanun pozuntusunun olduğunu bildirib: "Deputatlığa namizədlərin birinin məşvərətçi səs hüquqlu üzvü möhürlənmiş bülletenlərdən götürüb ona verib. O da başının dəstəsi ilə seçki məntəqəsində hay-küy saldıqdan sonra çıxıb gedib".

İ.İsgəndərov qeydə alınan faktla bağlı sənədləşmə aparıldığını bildirib. Onu da qeyd edib ki, seçkiləri izləyən yerli və beynəlxalq müşahidəçilər tərəfindən onlara heç bir şikayət daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti