...

İlham Əliyev GUAM-ın səmərəli beynəlxalq təşkilat olacağına əmindir

Siyasət Materials 23 May 2006 16:50 (UTC +04:00)

GUAM "kiməsə qarşı dostluq etməyə hazırlaşmır ", lakin "biz milli maraqların müdafiəsində maraqlıyıq ", - deyə bu gün Azərbaycan prezidenti İlham Əliyev bu gün Kiyevdə GUAM-ın sammitindən sonra mətbuat konfransında bəyan edib.

"Məhz bu nöqteyi-nəzərdən biz beynəlxalq təşkilatlarda əməkdaşlığı nəzərdən keçiririk ", - deyə İlham Əliyev bildirib və GUAM-ın bazasında yeni beynəlxalq təşkilatın yaradılması ilə "ona daxil olan ölkələrin gələcək inkişafını müəyyən edən yeri mərhələnin" başladığını qeyd edib.

Trend in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti "GUAM- Demokratiya və iqtisadi inkişaf uğrunda " beynəlxalq təşkilatın yaradılmasını "tarixi hadisə" adlandırıb və GUAM ölkələrinin bütün məsələlərdə vahid mövqeyə malik olacaqlarına inandığını bildirib. "Mən əminəm ki, GUAM səmərəli beynəlxalq təşkilat olacaq ", - deyə İlham Əliyev qeyd edib. "Biz beynəlxalq birlikdə kənardan müşahidəçi olmayacağıq ", - deyə o, əlavə edib.

İlham Əliyev Azərbaycanın MDB-dən çıxmaq barədə məsələyə baxmaq niyyətində olmadığını da bildirib. "Bizim Rusiya ilə yaxşı və perspektivli əlaqələrimiz mövcuddur, - deyə prezident bəyan edib. - Biz birləşdirən hər şeyi birinci yerə qoyuruq ".

Xəbər lenti

Xəbər lenti