...

Güney Azərbaycanın şəhərlərində etiraz aksiyaları davam edir

Siyasət Materials 26 May 2006 16:43 (UTC +04:00)

Güney Azərbaycanın Əhər şəhərinin mərkəzi meydanı olan Qarabağ meydanında mitinq, həmçinin Muğan (Parsabad) Universitetinin qarşısında tələbələrin aksiyaları davam edir.

Bu barədə Trend ə Güney Azərbaycan nümayəndəliyinə istinadən Dünya Azərbaycanlıları Konqresindən (DAK) məlumat verilib.

Muğan (Parsabad) Universitetinin qarşısında tələbə mitinqlərinə 8-10 min nəfərin də qoşulduğu bildirilir. Həbs olunanlar var. Tələbələr əsasən türk dilinin (Azərbaycan türkcəsi) dövlət dili elan edilməsini tələb edirlər. Meşkin şəhərində isə polislə mitinqçilər arasında qarşıdurmaların olmasına baxmayraaq mitinqlərin davam etdiyi bildirilib. Ərdəbil, Təbriz və Xoy şəhərlərində milli fəalların həbsləri davam edir. Həbsxanalarda çoxsaylı mitinqçilərin,

xüsusilə tələbələrin olduğu bildirilib. Şəhidlərdən hələlik yalnız 3 nəfərin adları dəqiqləşdirilib - Əsgər Qasımi, Tohid Azəriyun və Hümmət.

DAK-dan bildirilib ki, Tehran universitetlərindən birində azərbaycanlı tələbələr intizam qüvvələri tərəfindən mühasirəyə alınıb. Buna baxmayaraq, Tehranda mayın 28-də çoxminli mitinqlərə hazırlıq gedir. Ölkə parlamentinin binası qarşısında keçiriləcək mitinqə qatılmaq üçün bütün bölgələrindən gələnlərin sayı minlərcədir.Burada oxunacaq qətnamənin surəti yayılıb. Təbrizdə də mayın 28-də yeni mitinqlər keçirilməsinə hazırlıqlar gedir. Bazar qabağı adlanan meydandan başlayaraq bütün şəhər boyu çoxminli yürüş-mitinqlərin keçirilməsi planlaşdırılır.

Qoşaçay şəhərində artıq 4 gündür fasiləsiz mitinqlər davam edir. Loristandan gətirilmiş polis və hərbiçilərdən ibarət hökumət qüvvələrinin mitinqçilərə hücum çəkdiyi bildirilir. 110-120 nəfərə yaxın mitinqçi həbs olunub, yaralananlar var. Mərənd şəhərində də mitinqlər davam edir, hökümət qüvvələri tərəfindən çoxlu həbs olunanlar var. Zəncanda isə yeni mitinqlərə hazırlıq gedir. Bu gün mayın 26-da Zəncanda bir saatlıq mitinq olub.

Soyuqbulaqda(Mahabad) mitinqlər zamanı 2 nəfər tələbə naməlum adamlar tərəfindən arxadan bıçaqlanıb. Güney Azərbaycanda başlamış milli hərəkat bu gün Sulduzda da davam edib. Bugünkü etiraz numayişində 5 nəfərin səhid olduğu, 8 nəfərin yaralandığı bildirilib. İrşadın binası və kitabxana yandırılıb. Məşəddə və Ərdəbildə yenidən mitinqlərə hazırlıqlar gedir. Sarab şəhərində sabah mayın 27-də saat 15.00-da Cümə Məscidinin qabağından başlayaraq kinoteatrın qabağınadək yürüş keçiriləcək.

Urmiyədə mitinqlər və yürüşlər davam edir. Sabah Urmiyədə izdihamlı mitinq keçirilməsi gözlənilir. Dünən İran paroamentində insident baş verib. İnsidentin qarşısının alınması üçün Məclisin binasına hətta polis çağırıldığı bildirilir.

Xəbər lenti

Xəbər lenti