...

Litva prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 7 İyun 2006 17:32 (UTC +04:00)

Litva prezidenti Valdas Adamkus iyunun 8-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend ə Litva prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Səfər proqramında ilk bənd Şəhidlər Xiyabanı və keçmiş prezident Heydər Əliyevin heykəli qarşısına əklil qoyulmasıdır.

Litvanın dövlət başçısı Azərbacyan prezidenti İlham Əliyev, Milli Məclis spikeri Oqtay Əsadov və baş nazir Artur Rəsizadə ilə görüşəcək. İkitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq məsələləri, ölkədə həyata keçirilən islahatlar və nəzərdə tutulmuş Avro-atlantik səylər müzakirə olunacaq.

Litva və Azərbaycan nümayəndə heyətlərinin görüşündən sonra investisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında saziş imzalanacaq.

Axşam prezident İlham Əlyiev və birinci xanım Mehriban Əliyevanın adından Litva prezidenti Valdas Adamkus və onun xanımı Alma Adamkenin şərəfinə şam yeməyi veriləcək.

Səfərin ikinci günündə qonağın Azərbaycan-Litva biznes forumunda iştirak etməsi, Heydər Əliyev Fonduna baş çəkməsi, baş nazir Artur Rəsizadə ilə işguzar nahar nəzərdə tutulub. Bakı Dövlət Universitetində Litva prezidentinə fəxri doktor adı veriləcək. Valdas Adamkus həmçinin Səngəçal terminalı və İçərişəhərə baş çəkəcək.

Qonaq iyunun 9-da Vilnüsə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti