...

Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak edib-etməmək qərarını Məclisin iclasında verəcək

Siyasət Materials 13 İyun 2006 19:12 (UTC +04:00)

Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyi barədə qərarı iyulun əvvəllərində keçiriləcək Məclisin iclasında verəcək. Bu barədə Trend ə Müsavat Partiyası başqanının müavini Vurğun Əyyub məlumat verib.

O bildirib ki, partiyada bələdiyyə seçkilərinə qatılmağın həm tərəfdarı, həm də əleyhdarı olanlar var. Ona görə də bu məsələ ciddi şəkildə müzakirə ediləcək və Müsavat Partiyası Məclisinin iclasında səsverməyə çıxarılacaq. V.Əyyubun sözlərinə görə, seçkidə iştirak etmək və etməmək məsələsi səsə qoyulacaq və son qərar hansı təklifin səs çoxluğu qazanmasından asılı olacaq.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayından sonra yeni formalaşdırılmış Məclisin iyul ayının birinci ongünlüyündə ilk iclası olacaq. Oktyabrın 6-na təyin olunmuş təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkiləri iclasda əsas müzakirə mövzularından olacaq.

Xəbər lenti

Xəbər lenti