...

Prezident İlham Əliyev İordaniya Krallığının xarici işlər nazirini qəbul edib

Siyasət Materials 19 İyun 2006 15:17 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyunun 19-da Prezident Sarayında İordaniya Haşimilər Krallığının xarici işlər naziri Əbdül Əl-Xətibi qəbul edib. Trend in məlumatına görə, görüşdə İslam Konfransı təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının Azərbaycanda keçirilməsi barədə müzakirələr aparılıb.

33-cü sessiyanın Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə danışılıb, eyni zamanda bu mötəbər tədbirin Azərbaycan haqqında geniş məlumatın əldə olunması üçün yaxşı imkan yaratdığı vurğulanıb. Söhbət zamanı Azərbaycan-İordaniya ikitərəfli münasibətlərinin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti