...

Azərbaycan prezidenti Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hilmi Ozkeki qəbul edib

Siyasət Materials 29 İyun 2006 20:29 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hilmi Ozkeki qəbul edib.

Prezident deyib ki, hazırda Azərbaycan-Türkiyə əlaqələri çox yüksək səviyyədədir və getdikcə daha da möhkəmlənir. Müxtəlif beynəlxalq məsələlərdə birgə fəaliyyət göstərilir, vacib beynəlxalq layihələr gerçəkləşdirilir. Prezidentin fikrincə, bu mənada silahlı qüvvələr arasındakı əməkdaşlığın böyük əhəmiyyəti var.

Azərbaycanın müstəqilliyi bərpa olunduğu vaxtdan bəri respublika peşəkar ordunun formalaşdırılmasında böyük rol oynayan Türkiyənin dəstəyini alqışlayır

İ.Əliyev bu prosesdə H.Özkekin rolunu qeyd edərək yüksək qiymətləndirib. Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisinin xidmətlərini nəzərə alan prezident onu "Şöhrət" ordenilə təltif edib.

Xəbər lenti

Xəbər lenti